"Visa"nın mənfəəti dördqat azalıb | Banco.az

"Visa"nın mənfəəti dördqat azalıb

"Visa Inc." şirkətinin mənfəəti maliyyə ilinin II rübündə 430 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfə azdır.

"Insider" agentliyinə istinadən xəbər verilir ki, şirkətin əməliyyat mənfəəti 15% artaraq 2,8 mlrd. dollara çatıb.

Şirkətin açıqlamasında deyilir ki, xalis mənfəətin kəskin azalmasına 2016-cı ilin iyun ayında əldə olunmuş "Visa Europe" törəmə müəssisəsinin yenidən təşkil olunması səbəb olub. Belə ki, "Visa" törəmə şirkətin alışı zamanı vergi ödənişlərinə 1,5 mlrd. dollar, inzibati xərclərə 192 mln. dollar xərcləyib.

Ən sərfəli kredit üçün müraciət et

Rüb ərzində "Visa Inc." sistemi üzərindən həyata keçirilən əməliyyatların həcmi 1,7 trln. dollar təşkil edib ki, bu da 37%-lik artımdan xəbər verir.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et