Azərbaycanın ilk bank olmayan kredit təşkilatı (BOKT) olan "Vijn Fond AzərKredit" MMC ABŞ Daxili Gəlirlər İdarəsinin (IRS) sisteminə qoşulub.
Banco Trend.az saytına istinadən xəbər verir ki, bu sistemin köməyi ilə Azərbaycanın vergi orqanları ABŞ vətəndaşlarının hesabları haqqında məlumatları təqdim edəcəklər. Azərbaycan və IRS amerikalı vətəndaşların xarici hesablarına vergi qoyulması haqqında "FATCA" qanunu üzrə hökumətlərarası sazişin bağlanması haqqında razılaşma əldə ediblər.