Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biri olan VF AzərKredit hazırda Cənub regionu (İmişli, Beylaqan, Horadiz, Bala-Bəhmənli, Saatlı, Sabirabad filialları daxildir) üzrə əmək muqaviləsi əsasında Borc Qaytarma üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.
Banco.az portalı olaraq, vakansiya barədə ətraflı məlumatı Sizin diqqətinizə çatdırırıq:
Əsas vəzifə və öhdəlikləri:
• Region üzrə qaytarılmayan, silinmiş, yığım prosesində olan kreditlərlə iş, ödənişin təmin olunması üçün tədbirlər həyata keçirmək;
• Öz bacarıqları daxilində birbaşa Təşkilat tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin VF AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini VF AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Kredit ödənişlərinə yaxından nəzarət edir və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görür;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• 28 yaşından yuxarı;
• Təhsil: Ali və ya orta ixtisas (ali iqtisadi təhsili olanlara üstünlük verilir);
• Müvafiq (və ya kreditləşmə) sahədə ən azı 2 (iki) il iş təcrübəsi;
• Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
• Kompüterdə MS Word proqramlarında işləmək;
• Sürücülük bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki,VF AzərKredit-in iş üçün anket formalarını (CV), dolduraraq 30 noyabr 2014-cü il tarixinədək təqdim etsinlər.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya VF AzərKredit təşkilatının İmişli (və ya yuxarıda qeyd olunan rayon filiallarının ofislərindən) ofisindən əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Cənub Region üzrə Borc Qaytarma üzrə Mütəxəssis).
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected] Faks: (+994 12) 597 30 39
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs