Vergilər üzrə borcların dövlət büdcəsinə alınması haqqında sərəncam bir neçə banka verildikdə... | Banco.az

Vergilər üzrə borcların dövlət büdcəsinə alınması haqqında sərəncam bir neçə banka verildikdə...

Vergi orqanının sərəncamı bir neçə banka verildikdə və banklardan biri həmin sərəncamı ödədiyi halda digər banklara ödənişin birinci bank tərəfindən həyata keçirilməsi barədə sənəd daxil olursa, vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, həmin vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Lakin ödəniş bank ilə yox, ƏDV depozit hesabı vasitəsilə ödənilibsə və ödənişin apaılması ilə bağlı sənəd banka daxil olubsa, həmin sənədə əsasən vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və ya maliyyə sanksiyalarının dövılət büdcəsinə alınmasını və ya ödənilməsini təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla belə vəsaitlər üzrə sərəncamın icrasını dayandıra bilərmi?

Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 65.8-ci maddəsinə əsasən vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun olaraq sərəncamda göstərilən məbləğ həcmində vergi ödəyicisinin vəsaitinin hesabda dondurulmasını təmin etməlidir.

Digər hallarda vergi orqanının sərəncamının icrasını dayandırmaq qanunvericilikdə nəzərdə tutulmamışdır, həmçinin vergi orqanının qeyd edilən sərəncamları üzrə Mülki Məcəllə ilə müəyyən edilmiş növbəliliyə əməl edilməzsə, növbəliliyin pozulması ilə aparılan əməliyyatların məbləğlərinin və yaxud pul vəsaitinin dondurulması haqqında vergi orqanının sərəncamlarında göstərilən məbləğin 50 faizi miqdarında banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyası tətbiq edilməlidir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et