Vergilər Nazirliyinin yeni binası üçün 150 milyon manatlıq – MÜQAVİLƏ | Banco.az

Vergilər Nazirliyinin yeni binası üçün 150 milyon manatlıq – MÜQAVİLƏ

Bina 33 mərtəbəli və hündürlüyü 169 metr olacaq.

Türkiyənin “Tekfen İnşaat” şirkəti Azərbaycanın Vergilər Nazirliyi ilə müqavilə imzalayıb.

Bu barədə Oxu.Az şirkətin rəsmi “Facebook” səhifəsinə istinadən məlumat verir. 

Nazirliyin yeni inzibati binasının dəmir-beton, polad və xarici üzlənməsini şirkət öz üzərinə götürüb. 

Ən sərfəli kredit üçün müraciət et

Bakının əsas simvol layihələrindən olan Vergilər Nazirliyinin yeni 33 mərtəbəli, 169 metr yüksəkliyində olan inzibati binası H.Əliyev prospekti 105 və Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşəcək.

Xüsusi arxitekturaya malik layihədə idarəetmə ofisləri, konfrans salonları, yeraltı avtomobil dayanacağı və istirahət sahələri tikiləcək. Bu şirkətin “SOCAR Tower”dən sonra ikinci işi olacaq. 

“Marja”nın məlumatına görə isə, müqavilənin dəyəri 94 milyon dollardır (təxminən 150 milyon manat - red.) olacaq. 

Ən sərfəli krediti almaq üçün müraciət et