Vergilər Nazirliyi ƏDV ilə bağlı qərarında dəyişiklik edib | Banco.az

Vergilər Nazirliyi ƏDV ilə bağlı qərarında dəyişiklik edib

 Vergilər Nazirliyi “Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

“Report”un xəbərinə görə, bununla bağlı sənədi vergilər naziri Fazil Məmmədov imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) elektron qaydada vergi uçotuna alınmasını və bu barədə arayışın verilməsini əhatə edir.

Dəyişikliyə əsasən, elektron xidmətin göstərilməsi zamanı vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatda olması və əvvəlki tam 12 təqvim ayı ərzində ƏDV-yə cəlb edilən dövriyyənin Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə 100 min manatdan az olmasına onlayn qaydada nəzarət ediləcək.

İndiyədək bu məbləğ 60 min manat idi. 

Ən sərfəli krediti almaq üçün müraciət et