Vergi Məcəlləsində dəyişiklik ediləcək | Banco.az

Vergi Məcəlləsində dəyişiklik ediləcək

Vergilər Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin komitə iclasında müzakirə olunaraq plenar iclasa tövsiyyə olunub.

Yenilik vergi orqanlarında şikayətə baxılma ilə bağlı maddəyə dəyişikliyin edilməsini nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Dəyişikliklə "şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıra bilər" cümləsində "dayandıra bilər" sözü "dayandırır" sözü ilə əvəz olunacaq.

Mənbə:Report.az