Vergi borcunu öyrənməyin rahat üç yolu | Banco.az

Vergi borcunu öyrənməyin rahat üç yolu

Vergilər Nazirliyi tərəfindən vergi borcunu öyrənməyin üç ən rahat yolu təqdim olunub. 

Bu barədə Oxu.Az nazirliyə istinadən xəbər verir. 

- Daha asan metod: Çağrı Mərkəzinə zəng etməklə

195 Çağrı Mərkəzinə zəng edib “1” düyməsi ilə Vergilər Nazirliyinə qoşulduqdan sonra “3” düyməsini seçirsiniz, daha sonra öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla həmin tarixə vergi borcu barədə məlumatı əldə edirsiniz.

- İnternet Vergi İdarəsinə daxil olmaqla

Ən sərfəli kredit üçün müraciət et

Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imzadan istifadə etməklə “İnternet Vergi İdarəsi”nin “E-bəyannamə, ƏDV-DH və ŞHV” (https://login.e-taxes.gov.az/login/) bölməsinə daxil olub, sonra “Məlumat axtar” altbölməsindəki “Şəxsi hesab vərəqəsi”nə daxil olmaqla öz öhdəlik və borcu ilə bağlı məlumatları əldə edə bilər.

- SMS göndərməklə

Vergilər Nazirliyinin təqdim etdiyi “İkitərəfli SMS xidməti”nə (www.taxes.gov.az/195sms) qoşulmaqla (abunə olmaqla).

Ən sərfəli krediti almaq üçün müraciət et