Venesuelanın ABŞ-dakı bütün aktivləri donduruldu | Banco.az

Venesuelanın ABŞ-dakı bütün aktivləri donduruldu

ABŞ rəhbərliyi, Venesuela Prezidenti Nicolas Maduro üzərindəki təzyiqi daha da artırmaq üçün yeni bir addım atıb. ABŞ, Maduro və hökumətini qanuni olaraq qəbul etmir.

Tramp Venesuela ilə əlaqədar fərman imzalayıb. 

"Venesuela Dövlətinin Aktivlərinin Dondurulması" başlıqlı fərmanda, "Venesuelanın ABŞ-dakı bütün aktivləri və bu aktivlərə daxil olan mənfəətləri blok edilmişdir; bunlar transfer edilə bilməz, ixrac edilə bilməz, geri çəkilə bilməz ya da ticarəti edilə bilməz" ifadələrinə yer verilib. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ rəhbərliyi, özünü prezident elan edən müxalif Milli Məclis sədri Juan Guaido-ya açıq dəstək verir.

ABŞ, tarixinin ən ciddi siyasi böhranını yaşayan Venesuelanı bir neçə dəfə hərbi müdaxilə ilə təhdid etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et