Venesuela son üç ildə 38 mlrd. dollar itirib | Banco.az

Venesuela son üç ildə 38 mlrd. dollar itirib

Venesuelanın vitse-prezidenti Rikardo Menendes ölkənin ABŞ-ın son üç ildə tətbiq etdiyi iqtisadi və maliyyə qadağaları səbəbindən 38 milyard dollar itirdiyini bildirib.

Rikardo Menendes bunu AVN agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, burada söhbət Venesuela ÜDM-i üçün 23 mlrd. dollardan və PDVSA-nın ABŞ-dakı törəmə şirkəti olan "Citgo" ilə bağlı olan 15 mlrd. dollardan gedir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə o, 2002-ci ilin neft tətillərini nəzərə alaraq pul itkisinin 58 mlrd. dollar səviyyəsində qiymətləndirilməsini təklif edib:

"Əgər buna neft sabotajı zamanı götürülən 20 mlrd. dollar itkini də əlavə etsək, o zaman 58 mlrd. itkindən, yəni respublika üçün təqribən 60 mlrd. dollar ziyandan danışmaq olar", - deyə Menendes bildirib.

report.az