Müəllif: Tamara Mustafayeva, Banco.az
Daha bir ölkə Rusiyanın ödəniş sistemi “Mir”ə daxil olacaq.
Banco.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ölkəsinə qarşı iqtisadi sanksiyaların təsirini azaltmaq üçün Rusiyanın “Mir” ödəniş sisteminə daxil olacaqlarını bəyan edib.
O, iştirak etdiyi proqramların birində açıqlamalar edərək ölkəsinin məruz qaldığı ədalətsiz sanksiyalar qarşısında yeni beynəlxalq ödəniş sistemlərinə qoşulmağa çalışdıqlarını bildirib.
“Venesuela Mərkəzi Bankı Rusiyanın yaratdığı və dünyanın bir çox ölkəsində istifadə edilən “Mir” ödəniş sisteminə qoşulacağımızla bağlı şad xəbəri verib”, - prezident deyib.
Xatırladaq ki, Venesuela Mərkəzi Bankının sədri Kalixto Xose Orteqa Sançes iyunun 15-də verdiyi açıqlamada Venesuela bankları ilə Rusiya bankları arasında maliyyə əməliyyatlarını sürətləndirmək üçün yeni texnoloji nailiyyətləri izlədiklərini söyləmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!