Müəllif:Mehin Qasımova/Banco.az
Əvvəllər qeyri-qanuni hesab edilən Venesuela neftinin ticarəti ABŞ-ın sanksiyalarının yumşaldılmasından sonra rəsmi sektora qayıdır.
Banco.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols deyib.
"Tarixən ABŞ Venesuelanın enerji sektorunda ən böyük tərəfdaşıdır. Məhdudiyyətlər dövründə sanksiyalardan yayınma neft hasilatının əsasən ÇXR, eləcə də digər ölkələrlə qeyri-qanuni ticarət obyektinə çevrilməsinə səbəb olub. İndi biz görürük ki, qeyri-qanuni ticarət uzun illərdən sonra rəsmi sektora qayıdır. Bu da müsbət amildir”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, indiki vəziyyət Venesuela xalqı üçün daha yaxşıdır:
"Çünki neftin qara bazarda qiyməti 30-35% ucuzlaşıb.Və bu, biz istehlakçılar üçün yaxşıdır, çünki biz neft və ehtiyacımız olan digər məhsulları bazarlarımıza daxil edirik".
Bizi sosial şəbəkələrdən izləyin!!
