Venesuela bu ölkədəki səfirlik və konsulluqlarını bağlayıb | Banco.az

Venesuela bu ölkədəki səfirlik və konsulluqlarını bağlayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Venesuela prezidenti Nikolas Maduro ölkənin Ekvadordakı səfirliyinin, Kito və Quayaquildəki konsulluqlarının bağlandığını elan edib.

Banco.az xəbər verir ki, Venesuela lideri bu tədbirin Meksikanın Kitodakı səfirliyinə edilən hücuma cavab olduğunu bildirib.

"Mən diplomatik və konsulluq işçilərinin Ekvadordan dərhal çıxarılmasını elan edirəm. Noboanın (Ekvador Prezidenti) etdiyi hərəkət qalan səfirliklər üçün birbaşa təhdiddir",- deyə prezident qeyd edib.

Maduro əlavə edib ki, Venesuela beynəlxalq ictimaiyyətdən üzr istəyənə və Xorxe Qlas Meksika səfirliyinə qaytarılana qədər Ekvadorun BMT-dən çıxarılması ilə bağlı Meksikanın təklifini dəstəkləyir.

Xatırladaq ki, aprelin əvvəlində Ekvador polisi Meksikanın Kitodakı səfirliyinə zorla daxil olaraq orada gizlənən Cənubi Amerika respublikasının keçmiş vitse-prezidenti, əvvəllər Meksika tərəfindən siyasi sığınacaq almış Xorxe Qlası həbs edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et