Vaxtı keçmiş kreditlərin məbləği məlum oldu | Banco.az

Vaxtı keçmiş kreditlərin məbləği məlum oldu

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2%-i təşkil edib. Beləliklə, vaxtı keçmiş kreditlər bu il aprelin 1-ə 1 mlrd. 590,3 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Mərkəzi Bankın məlumatlarına əsasən, 2017-ci il aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 mln. 533,3 min manat təşkil edib, onun 12 mln. 185,4 min manatı uzunmüddətli kreditlər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Kredit portfeli 2016-cı il aprel ayının 1-i ilə müqayisədə 21,1% azalıb.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il aprel ayının 1-nə 6 mlrd. 911,5 milyon manat təşkil edib.

Mənbə: Trend.az