Vaxtı keçmiş kreditlərin həcmi rekord səviyyədə | Banco.az

Vaxtı keçmiş kreditlərin həcmi rekord səviyyədə

Banco.az portalı Mərkəzi Banka istinadən bildirir ki, cari ilin yanvar ayında vaxtı keçmiş kreditlərin həcmində 546 mln artım qeydə alınıb və bununla da vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 30 milyon manata çatıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında vaxtı keçmiş kreditlərin həcmində əksinə, 5,2 milyan manatlıq azalma qeydə alınmışdı.

Həmçinin qeyd edək ki, ötən ilin son ayı ilə müqayisədə cəmi kredit qoyluşunda 37,2 mln artım müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Məzənnə dəyişikliyi ilə əlaqadər olaraq, müştərilərin əksəriyyəti xarici valyutada olan kreditlərin ödənişini gecikdirir və ya tamamilə dayandırıb. Bu da gələcəkdə bankların problemli kredit portfelinin həcminin daha da böyüyəcəyini ehtimal etməyə əsas verir. 

| Create infographics