Tamara Mustafayeva, Banco.az
Varlıların üçdə biri kriptovalyutaya sərmayə qoyur.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Deloitte"nin də daxil olduğu bir neçə araşdırma şirkəti tərəfindən keçirilən anket sorğusuna görə, multimilyonçuların sərvətini idarə edən investisiya firmalarının üçdə biri kriptovalyutaya sərmayə qoyuluşu edir.
"Deloitte", "Raffles Family Office", "Royal Bank of Canada" və "Campden Wealth" araşdırma şirkətlərinin çərşənbə günü yayımladıqları hesabata əsasən müəyyən edilib ki, multimilyonçu ailələrin Şimali Amerikada fəaliyyət göstərən investisiya firmalarının üçdə biri bu ailələrin pulunu kriptovalyutaya yatırır.
Qlobal miqyasda 385 şirkətin iştirakı ilə keçirilən anket sorğusuna görə, 2020-ci ildə kriptovalyutaya investisiya qoyuluşundan əldə edilən xalis gəlir 40% olub ki, sorğuda iştirak edənlərin dörddə biri bitkoin alışına davam etməyi planlaşdırdıqlarını bildirib.
Xatırladaq ki, anketdə iştirak edən investisiya firmalarının orta hesabla 1.1 milyard dollar həcmindəki aktivlərinin təkcə 1%-i kriptovalyuta birjalarında ticarət edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!