Varlıların investisiya seçimi | Banco.az

Varlıların investisiya seçimi

Avropanın ən zənginləri investisiyalarını gücləndirir. JP Morgan-ın apardığı tədqiqata görə, Avropada xüsusilə böhranın hökm sürdüyü Yunanıstan və İspaniya başda olmaq üzrə zəngin investorlar, investisiya portfelini artırmağı planlaşdırır.

1000 investorun iştirakıyla reallaşan anketdə investorların 50%-dən çoxunun səhm bazarına, 18%-nin isə  daşınmaz əmlak bazarına yönəldiyi məlum oldu. JP Morgan özəl bankçılıq Avropa, Yaxın Şərq və Afrika Strategiya direktoru Cesar Perez, 2014-cü ilin investisiya üçün yaxşı bir il olacağını söylədi. 

Ən sərfəli kredit üçün müraciət et

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et