"Varlı Amerikalı gənclər alternativ investisiya vasitələrinə üz tuturlar" | Banco.az

"Varlı Amerikalı gənclər alternativ investisiya vasitələrinə üz tuturlar"

Tamara Mustafayeva, Banco.az

Amerika Bankının sorğusu göstərir ki, varlı amerikalı gənclər fond bazarına inamlarını itirib və öz gələcəkləri üçün alternativ investisiya vasitələrinə getdikcə daha çox müraciət edirlər.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bankın 21-42 yaş aralığındakı ən azı 3 milyon dollar aktivi olan 1052 nəfər arasında apardığı sorğu göstərib ki, respondentlərin təkcə dörddə birinin səhmləri var.

Varlı gənc amerikalılar son dövrlərdə fond bazarından çox kriptovalyuta, daşınmaz əmlak və vençur kapitalı investisiyalarına diqqət göstərirlər. 

Sorğuya görə, investorların 15 faizinin portfelində rəqəmsal valyuta var, sorğuda iştirak edən və daha yaşlı respondentlərdə isə bu nisbət təkcə 2 faizdir.

Xatırladaq ki, aktiv menecerləri əvvəllər gənc investorlara səhm alışını tövsiyə edirdilər. "S&P 500" Birjası açıldığı 1957-ci ildən 2021-ci ilin sonuna qədər orta illik 12 faiz gəlir əldə etmişdi. İndeks yüksək inflyasiya və bazar dəyişkənliyi səbəbindən ilin əvvəlindən bəri 24 faiz dəyər itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram