Müəllif - Eldar Kərimov/Banco.az
Vanguard investisiya şirkətinin ABŞ-ın S&P 500 fond indeksinə bağlı olan birja indeks fondu (ETF) dünyanın ən böyüyü olub və bu göstərici ilə State Street-in oxşar ETF-ni geridə qoyub. Bu barədə Financial Times yazır.
VOO ticker-i ilə tanınan Vanguard fondu çərşənbə axşamı 631,8 milyard dollar həcmində aktivə çatıb. Eyni zamanda, State Street-in SPY ticker-i ilə tanınan fondu 630,3 milyard dollar aktiv idarə edirdi. SPY 1993-cü ildə yaradılmış ilk Amerika ETF-dir və VOO-dan 17 il əvvəl bazara çıxmışdı.
Bununla belə, 2022-ci ilin əvvəlində Vanguard fondu rəqibindən 182 milyard dollar geri qalırdı, 2023-cü ilin noyabrında isə fərq 50 milyard dollara qədər azalmışdı.
TMX VettaFi məlumatlarına görə, 2025-ci ilin əvvəlindən VOO-ya 23 milyard dollar həcmində vəsait axını olub, SPY isə əksinə, 16 milyard dollar vəsait itirib.
Vanguard fondunun populyarlığı onun aşağı komissiyası ilə izah edilir – cəmi 0,03% illik. State Street isə müştərilərdən 0,0945% komissiya tutur.
"VOO çox ucuz və effektiv bir alətdir", - deyə Morningstar-ın eksperti Sil Flad bildirib. "Bu, əsasən uzunmüddətli investorlar tərəfindən istifadə olunur, SPY isə daha çox treydinq üçün nəzərdə tutulub. Vanguard fondlarındakı vəsaitlər, ümumiyyətlə, daha uzun müddət qalmağa meyillidir".