"Valyutanın xarici idarəetməsindən 3,2 faiz gəlir gözləyirik" | Banco.az

"Valyutanın xarici idarəetməsindən 3,2 faiz gəlir gözləyirik"

"Mərkəzi Bankın özünün də valyuta ehtiyatları artır. Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq". 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Mərkəzi Bankın sədri əlavə edib ki, bu vəsaitin təxminən 100 milyon dollardan çoxu xarici idarəetmədən əldə edilib:

Ən sərfəli kredit üçün müraciət et

"Amma diqqətinizi ona cəlb etmək istəyirəm ki, Sizin qoyduğunuz məsələ - valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz altı ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük".

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et