Valyuta satışını bərpa edən banklar - SİYAHI | Banco.az

Valyuta satışını bərpa edən banklar - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları nağd valyuta satışını bərpa etməyə başlayıb. Buna baxmayaraq, hələ də bəzi banklar valyuta satışı həyata keçirmir, əksər banklarda isə satışda müxtəlif limitlər tətbiq olunur.

Hazırda "AG Bank" ASC-də valyuta alışı aparılsa da, satış yoxdur. "Dəmirbank" ASC, "Muğanbank" ASC, "Xalq Bank" ASC və "Ziraat Bank Azərbaycan" ASC də satış həyata keçirmir.

Hazırda dollar satışı kassa qalığından asılı olaraq "Atabank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "AFB Bank" ASC, "Azərbaycan Sənaye Bankı" ASC, "CDB Bank" ASC, "Nikoil Bank" ASC, "Bank Avrasiya" ASC və "Bank BTB" ASC-də (yalnız filiallarda) aparılır. Bu isə o deməkdir ki, yəni müştərinin tələbinin ödənilməsi kassadakı cari vəziyyətdən asılıdır.

"Azər-Türk Bank" ASC-də maksimal satış limiti 10 min dollardır. "Amrahbank" ASC-nin baş ofisində 100-150 dollar almaq mümkündür, avro satışı yoxdur, filiallarda isə limit fərqlidir. "Rabitəbank" ASC-də 1 000 dollaradək, "Silkway Bank" ASC-də 300 dollar,  yaxud 200 avroya, "Turanbank" ASC-nin filiallarında 500 dollaradək (baş ofisdə isə satış həyata keçirilmir), "Unibank" ASC-də 3 000 dollaradək, "Bank of Baku" ASC-nin "Mərkəz", "S.Vurğun" filiallarında və baş idarədə 1 000 dollaradək, "Kapital Bank" ASC-də 5 000 dollar/avroyadək, "Bank VTB (Azerbaijan)" ASC-də 1 000 dollar/avro və ya 1 000 dollar ekvivalentdə rubl, "Accessbank" QSC-də 200 dollar/avroyadək valyuta almaq olar. 

"PAŞA Bank" ASC-də nağd satış olmasa da, bankomatlardan valyuta çıxarmaq olur ("PAŞA Bank" kartları üçün "rəsmi məzənnə+2%" konvertasiya haqqı tutulur).

"YapıKredi Bank Azərbaycan" ASC isə yalnız öz müştərilərinə satış həyata keçirir. "Bank Respublika" ASC və "Günaybank" ASC-də də limitsiz satış həyata keçirildiyi deyilir.

Banklar

Dollar (USD/AZN)

Avro (EUR/AZN)

Rubl (RUB/AZN)

Alış

Satış

Alış

Satış

Alış

Satış

1

Atabank

1,8000   

1,8700   

1,9000   

1,9850   

0,0300   

0,0315  

2

International Bank of Azerbaijan

1,7867

1,8700

1,8591

1,9919

0,0298

0,0319

3

AFB Bank

1,8200

1,8650

1,8780

1,9920

-

-

4

Azerbaijan Industry Bank

1,8200

1,8700

1,8800

1,9900

-

-

5

Azer-Turk Bank

1,7800

1,8650

1,8900

1,9900

-

-

6

Amrahbank

1.7867

1.8700

1.8900

1.9900

0,0301

0,0315

7

AGBank

1,7800

1,8800

1,8780

2,0149

-

-

8

BTB Bank

1,8000

1,8730

1,8910

2,0000

0,0299

0,0316

9

Caspian Development Bank

1,7900

1,8580

1,8300

1,9700

0,0290

0,0313

10

Demirbank

1,7800

1,8750

1,8780

2,0000

0,0298

0,0318

11

Expressbank

1,7867

1,8750

1,8900

1,9950

0,0300

0,3150

12

Rabitabank

1,8000

1,8700

1,9120

1,9890

0,0303

0,0316

13

Silkway Bank

1,7860

1,8750

1,8970

2,0000

0,0290

0,0314

14

Turanbank

1,7700

1,8700

1,8900

1,9980

0,0290

0,0317

15

Muganbank

1,7900

1,8710

1,8690

1,9010

0,0297

0,0316

16

Bank Nikoil

1,7800

1,8600

1,8900

1,9900

0,0300

0,0315

17

Unibank

1,7900

1,8700

1,8591

1,9919

0,0298

0,0316

18

Bank Respublika

1,7867

1,8600

1,8970

1,9750

0,0301

0,0314

19

PASHA Bank

1,8100

1,8650

1,8890

1,9801

0,0299

0,0314

20

Bank of Baku

1,7850

1,8700

1,8950

1,9720

0,0300

0,0315

21

Xalq Bank

1,7867

1,8700

-

-

-

-

22

Ziraat Bank Azerbaijan

1,8000

1,8800

1,8150

1,9900

-

-

23

Gunaybank

1,7500

1,8700

1,8600

2,0000

-

-

24

KapitalBank

1,7867

1,8720

1,8833

1,9900

-

-

25

Bank VTB Azerbaijan

1,7867

1,8700

1,8970

1,9860

0,0301

0,0315

26

Yapı Kredi Bank Azərbaycan

1,8200

1,8750

1,8000

2,0100

-

-

27

Accessbank

1,7850

1,8840

1,8780

2,0013

0,0301

0,0317

28

Bank Avrasiya

1,8000

1,8700

1,8600

1,9800

0,0290

0,0310

29

NBC Bank

1,8000

1,8700

1,8900

2,0050

0,0290

0,0313

30

Naxçıvanbank

1,7867

1,8710

1,8914

1,9865

0,0296

0,0315

31

Bank Melli Iran-Baku

1,8200

1,8800

1,9200

1,9800

-

-

32

Pakistan National Bank-Baku

-

-

-

-

-

-

Ən sərfəli kredit üçün müraciət et

©Report.az