İqtisadçı ekspert, Samir Əliyev: "Dünya maliyyə bazarlarında son ayların "valyuta müharibələri" ehtiyatlarımıza baha başa gəlib".
Əgər bu gün qiymətləndirmə aparılsa, məlum olar ki, məzənnə rəqslərinin nəticəsi olaraq Neft Fondunun aktivləri 1 iyul - 4 sentyabr tarixlərində 370 milyon dollardan çox azalıb. Bu azalma təkcə məzənnə fərqinə görədir.
Ən böyük itki rus rubluna görə dəyib. Təkcə məzənnə dəyişməsində görə rubl aktivləri dəyərini 125 milyon dollar itirib.
Ən sərfəli kredit üçün müraciət et İkinci zərər Britaniya funtundan dəyib. Funt sterlinqin ucuzlaşması ehtiyatlarımızı 63 milyon dollar azaldıb. Qızıl aktivlərimiz $50 milyon, türk lirəsi $42,5 milyon, avro isə $26 milyon "əriyib".
Qeyd edim ki, bu zərər bugünkü tarixə olan göstəricidir. 3-cü rübün sonuna məzənnələrin dəyişməsi istisna deyil. Bu zərər arta da bilər, azala da. Hər şey asılı olacaq FED-in bu ay uçot dərəcəsini qaldırmaqla bağlı qərarından. Uçot dərəcəsi artırılsa, bu halda dollar bahalaşacaq, deməli zərərin miqyası da artacaq.