Valyuta hərracında bankların dollar tələbi 5%-dək azalıb | Banco.az

Valyuta hərracında bankların dollar tələbi 5%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün  Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 73,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (30 aprel) müqayisədə 3,6 milyon dollar və ya 4,7% azdır.

Qeyd edək ki, aprel ayında keçirilmiş hərraclarda tələb 623,4 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram