Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında 20 bank iştirak edib.
Məlumata görə, bankların məcmu tələbi 70,2 mln. ABŞ dolları təşkil edib və bu tələb qarşılanıb.
Xatırladaq ki, hərraca AMB 50 mln. dollar, ARDNF isə 100 mln. dollar çıxarıb.
19 banka 61,4 mln. dollar satılıb. Başqa sözlə, AMB cəmi 1 bankı 8,8 mln. dollar vəsaitlə təmin edib.
Mənbə : Report.az