Valyuta hərracında 54 Mln. dollar cəlb edilib | Banco.az

Valyuta hərracında 54 Mln. dollar cəlb edilib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 54,4 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (10 sentyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 2,5% azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram