Valyuta hərracı keçirildi - NƏTİCƏSİ | Banco.az

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 55,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (14 may 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,5% və ya 0,8 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram