Valyuta ehtiyatımız azalır | Banco.az

Valyuta ehtiyatımız azalır

Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15%-dən çoxunu itirib. Bunu Banco.az portalı iqtisadçı-ekspert Samir Əliyevə istinadən məlumat verir.

Ötən ilin iyulundan başlayaraq Mərkəzi banlkın valyuta ehtiyatının azalması tendensiyası bu il də davam edib. Fevralın 1-nə Bankın valyuta ehtiyatlarının həcmi 12680.8 milyon dollar olub. Təkcə, yanvar ayında ehtiyat 1077, 5 milyon dollar və ya 7,8% azalıb. Bu, 2013-cü ilin may ayından bəri ən aşağı göstəricidir.

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 6-cı aydır ki, azalır. Ötən ilin iyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub - 15193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1238 milyon dollar itirib.

Manatın sabitliyi üçün Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15%-dən çoxunu itirib. Dekabr-yanvar aylarında ehtiyat 2,3 milyard dollar azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Yanvar ayında da ehtiyatın azalması gözlənilirdi. Mərkəzi Bankın valyuta ehtiyatının azalmasının səbəbi bir tərəfdən Rusiya amilidirsə, digər tərəfdən neftin ucuzlaşması səbəbində devalvasiya gözləntilərinin artmasıdır. Bazarda Neft Fondunun da aktiv iştirakına rəğmən Mərkəzi Bank uzunmüddəti təzyiqə davam gətirə bilməyəcək. Xüsusilə də avronun manatla bərabərləşdirilməsi fikri manatdan imtina hallarını daha da artırıb. Əmanətin strukturunda manatın payı dolların xeyirən azalması müşahidə edilir.

Ehtiyatın azalmasına həm də valyuta ehtiyatında olan avro və funt sterlinqin dollara nisbətən ucuzlaşması da səbəb olub. Ötən ay avro 6,3%, funt sterlinq isə 3,3% ucuzlaşıb. Hər iki valyutanın dollara nəzərən ucuzlaşması Mərkəzi Bankın valyuta ehtiyatının azalmasını şərtləndirib.

Proqnozlaşdırdığımız kimi 2015-ci il manatı çətin sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatının əhəmiyyəti hissəsini xərcləməli olacaq. Neft Fondunun dəstəyi də əvvəlki səviyyədə deyil. Çünki Fondun öz qayğıları var. İstənilən halda hər şey dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq. Hələki proseslər manatın zərərinə işləyir.

Ən sərfəli krediti almaq üçün müraciət et