Müəllif: Gülnar Əhmədli, Banco.az
Genetik irsiyyət düşüncə tərzimizə, davranışlarımıza və gündəlik vərdişlərimizə, eləcə də fiziki xüsusiyyətlərimizə təsir edən mühüm amildir. Valideynlərimizdən miras aldığımız genlər təkcə xarici görünüşümüzü deyil, həm də həyata baxışımızı, qərar vermə proseslərimizi və insanlarla münasibətlərimizi formalaşdırır. Bəzi vərdişlərimizin və meyllərimizin kökündə genetik faktorların olduğunu heç düşünmüsünüzmü? Bu yazıda ailəmizdən miras aldığımız və genetik olaraq bizə keçə bilən bəzi vərdiş və davranışları bir araya gətirmişik.
1. Hədsiz xərcləmə vərdişləri
Həddindən artıq lazımsız xərcləmə vərdişləri çox vaxt genetik faktorlarla əlaqələndirilir. Kouç Rebekka Brauna görə, pulla bağlı davranışlarımız 8 yaşa qədər beynimizdə sabitləşir və həyat boyu təsirli qalır.
2. Seçici yemək yemə vərdişləri
Hər yeməyi seçərək yemək də valideynlərdən bizə keçən bilə bir vərdişdir. Belə ki, valideynləriniz də yeməkləri seçərək yeyən insanlardırsa, demək, bu vərdişi onlardan miras almısınız.
3. Özünü düzgün ifadə edə bilməmək
Valideynləriniz narahat insanlardırsa, çox güman ki, siz də oxşar meyl göstərəcəksiniz.
4. Zəif ünsiyyət bacarıqları və münasibətlərin zəif olması
Valideynləriniz ünsiyyət qurmaqda və münasibətlərdə güzəştə getməkdə zəifdirlərsə, siz də oxşar problemlərlə üzləşə bilərsiniz. Bu cür bacarıqlar çox vaxt nəsildən-nəslə ötürülür.
5. Travmatik hadisələrin təsiri
Araşdırmalara görə, valideynlərimizin keçirdiyi travmalar genetik olaraq bizə də keçə bilər.
6. Pessimizm
Britaniya Kolumbiyası Universitetindən Rebekka Toddun sözlərinə görə, ADRA2B geni emosional reaksiyalardan məsuldur və bu duyğular valideynlərdən uşaqlara ötürülə bilər.
7. Yuxusuzluq
Yuxusuzluqdan əziyyət çəkən valideynlərin uşaqları da bu problemdən əziyyət çəkirlər. Depressiya kimi problemlər də genetika ilə sıx bağlıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!