Vaksinasiya Netflix-in abunəçi sayını azaltdı | Banco.az

Vaksinasiya Netflix-in abunəçi sayını azaltdı

Tamara Mustafayeva, Banco.az

Məşhur video-yayım platforması olan Netflix-in abunəçi sayındakı artım vaksinasiya prosesinin sürətlənməsi ilə bazar proqnozlarından geridə qalmaqla şirkət səhmlərinin 10%-dən çox dəyər itirməsinə yol açıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-da vaksinasiya prosesinin sürətləndirildiyi ilin ilk rübündə Netflix platformasının abunəçi sayı proqnozlara cavab verə bilməyib. Belə ki, proqnozlar ilin ilk rübü üzrə abunəçi sayının 6,29 milyon artacağına işarə edirdisə, hazırda bu göstərici 3,98 milyon qeydə alınıb. 

Sözügedən geriləmənin pandemiyanın təsirlərinin yavaş-yavaş azalmasından qaynaqlandığını söyləyən şirkət rəsmisi ötən il yaşanılan böyük artımın şirkətin bu ilki nəticələrinə mənfi təsir göstərəcəyini bildirib.

Ötən 10 il ərzində qüsursuz artıma nail olduqlarını vurğulayan Netflix CEO-su Reed Hastings hazırkı artım dinamikasının isə enişli-yoxuşlu olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, platforma pandemiyanın başlaması ilə ötən il bu vaxta qədərki ən güclü ilk rüblük göstəricisinə nail olaraq 15,8 milyon yeni abunəçi qazanmışdı. Şirkət sözügedən dövrdə istifadəçi sayını isə 167 milyondan 182 milyona çatdırmağa müvəffəq olmuşdu. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et