Vaksin istehsal və ixrac edən ölkələrin reytinqi açıqlanıb | Banco.az

Vaksin istehsal və ixrac edən ölkələrin reytinqi açıqlanıb

Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinlərin istehsalı və ixracına görə dünya ölkələrinin ilk onluğu məlum olub.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Beynəlxalq Valyuta Fondunun (BVF) birgə dərc etdiyi məlumata görə, siyahıya Çin liderlik edir. Belə ki, bu ölkə 4,5 mlrd. doza vaksin istehsal edib. Bu, dünya istehsalının 45%-ni təşkil edir. İkinci yerdə 2,25 mlrd. doza ilə Avropa İttifaqı (Aİ) qərarlaşıb. Aİ-də istehsal edilən vaksinlərin ümumi istehsalatda payı 22,4% təşkil edib. Hindistan 1,6 mlrd. doza ilə üçüncü (15,6%), ABŞ 847,5 mln. doza ilə dördüncü (8,4%), Rusiya isə 232,9 mln. doza ilə (2,3%) beşinci olub.

İlk onluqda həmçinin, Cənubi Koreya (1,6%), Braziliya (1,2%), Meksika (1%), Tailand (0,7%) və CAR (0,6%) yer alıb. Digər ölkələrin payına ümumi vaksin istehsalının 1,3%-i düşüb (126. mln. doza).

COVID-19 əleyhinə vaksinlərin ixracı üzrə ilk beşliyə Çin (1,5 mlrd. doza – 40,6%), Aİ (1,4 mlrd. – 37,3%), ABŞ (348 mln. – 9,5%), Cənubi Koreya (133,6 mln. – 3,6%) və Rusiya (93,4 mln. – 2,6%) daxil olub.

Liderlər sırasında həmçinin, Hindistan (2%), CAR (1,3%) və Yaponiya (0,9%) yer alıb. Digər ölkələrin payına ümumi ixracın 2,1%-i düşüb (77,5 mln. doza).

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et