“TCF” Bank olmayan kredit təşkilatı ASC Hüquq şöbəsinin müdiri vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəliklər:
Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;
Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;
Tələb olunan keyfiyyətlər:
Ali hüquq təhsil;
Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;
Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
Azərbaycan dilini mükəmməl bilmək;
Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquq şöbəsinin müdiri) qeyd etməklə göndərmələri xahiş olunur.
CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Baş İdarə
Ünvan: Bakı şəh., Binəqədi Rayonu, Ə. Naxçıvani, ev 3066-cı məhəllə
Faks: (99412) 563 23 27
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs