“Kapital Bank” namizədlərə Filial müdiri (Goranboy, İmişli, Astara şәhәrlәri) vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
Filialın işini təşkil edərək, фяалиййятиня рящбярлик еtmək, табечилийиндя олан шюбялярин гаршылыглы мцнасибятлярини ялагяляндирmək;
- Bankın İdarəetmə Orqanlarının qərarlarını, İdarə heyəti sədrirnin əmr və sərəncamlarını icra etmək;
- Limitlər daxilində əməliyyatlar üzrə qərarlar qəbul etmək;
- Bankın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək;
- Filialın müştəri bazasının enişləndirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ bank məhsullarının satışını təşkil etmək;
- Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
- İşçiləri qiymətləndirmək və motivasiya etmək;
- Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
- Filiallara etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək və s.
Tələblər:
- Ali İqtisadi və ya hüquqi təhsil;
- Bank sahəsində minimum 2 (3) ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
- İnzibatçı vəzifəsinə namizəd kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) xüsusi komissiyasından attestasiyasından keçmiş olmalı və yaxud buna hazırlıqlı olmalı;
- Qüvvədə olan bank qanunvericiliyini və ARMB-nin aidiyyəti təlimatlarını bilməli;
- Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı;
- Qüsursuz vətəndaş olmalı (ictimai mövqeyinə görə vicdanlı, şəxsi, mənəvi keyfiyyətlər);
- Biznesi inkişaf etdirmə bacarığı;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
- MS Office-dən istifadə bacarığı;
- Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
- Strateji və analitik düşünmə qabiliyyəti;
- Liderlik qabiliyyətinin olması.
Xüsusi bacarıqlar:
- Məsuliyyətli və dəqiq;
- Komanda işini bilən, insanları tanımaq;
- İdarəetmə qabiliyyəti;
- Strateji və analitik qabiliyyət;
- Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.
Müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik!