Vakansiya! Bank sektorunda işləmək istəyənlər üçün əla fürsət! | Banco.az

Vakansiya! Bank sektorunda işləmək istəyənlər üçün əla fürsət!

Bank of Baku “İnsan Resursları Departamentinin İdarəetmə şöbəsinin müdiri” vəzifəsinə işçi qəbulu elan edir. Banco.az portalı olaraq, sizə əsas vəzifə və öhdəliklər, eləcə də tələb olunan kriteriyalar barədə məlumatı təqdim edirik:

Əsas vəzifə və öhdəliklər:

  • İnsan Resurslarının İdarə Edilməsi siyasətininin, qayda və sistemlərin hazırlanmasında iştirak etmək, onları təkmilləşdirmək;
  • Bankın insan resurslarının planlaşdırılmasını həyata keçirmək: işçi axtarma, seçmə və işə yerləşdirmə prosedurlarının daxili təlimatlara əsaslanmasını və prosesin şəffaflığını təmin etmək;
  • Əməkdaşların təlim və inkişaf ehtiyaclarının qarşılanmasını təmin etmək;
  • Qəbul olunmuş motivasiya sisteminin implementasiyasını təmin etmək;
  • Bankın əməkdaşlarının Karyera planlaşdırılması prosesini həyata keçirmək;
  • Bankda korporativ tədbirlərin təşkilini həyata keçirmək;
  • Şöbənin fəaliyyətinə aid olan hesabatları zamanında hazırlamaq.

Tələb olunan kriteriyalar:

Ø  Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində ali təhsil;

Ø  İnsan Resurslarının idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübəsinin olması;

Ø  Idarəçilik bacarığı;

Ən sərfəli kredit üçün müraciət et

Ø  Layihələrin idarə edilməsi təcrübəsinin olması;

Ø  Strateji düşünmə bacarığı;

Ø  Məntiqi düşünmək və analiz etmək qabiliyyəti;

Ø  Əla ünsiyyət qurmaq bacarığı;

Ø  Konfliktlərin həll edilməsi bacarığı;

Ø  Məsuliyyətli və dəqiq;

Ø  Yaradıcı və təşəbbüskar;

Ø  Azərbaycan və Rus dillərini əla bilmək (İngilis dili biliklərinin olması üstünlük təşkil edir)

Ø  MS Office proqramlarında işləmək bacarığı

Qeyd edək ki, yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər “Subject” qrafasında “İnsan Resursları Departamenti” yazmaqla, öz CV-lərini və ya bankın saytından http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html əldə edilmiş “İşə müraciət forması”ını (şəkillə birlikdə) [email protected] ünvanına göndərə bilərlər.

CV-lər 31 iyul 2014-cü il tarixinədək qəbul olunur. Namizədlərin telefon vasitəsilə müraciət etməməsi xahiş olunur.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et