Vahid ödəniş portalına qoşulan dövlət orqanlarının sayı artdı | Banco.az

Vahid ödəniş portalına qoşulan dövlət orqanlarının sayı artdı

Banco Trend.az saytına istinadən bildirir ki, Azərbaycanın Energetika Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və “TransEuroCom” stasionar rabitə operatorunun daxili informasiya sistemləri dövlət ödəniş portalının (gpp.az) platformasına qoşulub. 

Qurumların portala qoşulması vətəndaşlara həmin strukturlara aid ödənişləri həyata keçirməyə imkan yaradacaq. Ödənişləri plastik kart vasitəsilə və ya istənilən bank və poçt şöbəsində nağd ödəmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda portala qoşulan dövlət qurumlarının arasında İqtisadiyyat və Sənaye Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Azərbaycan İpoteka Fondu da var.