Vahid Ələkbərov “Lukoyl”dakı payını artırıb (VİDEO) | Banco.az

Vahid Ələkbərov “Lukoyl”dakı payını artırıb (VİDEO)

Milyarder həyat yoldaşı ilə birlikdə şirkətin təxminən 200 milyon rubl dəyərində səhmini alıb

Rusiyada fəaliyyət göstərən milyarder, həmyerlimiz olan Vahid Ələkbərov səhmlərini əhəmiyyətli dərəcədə artırır. Rusiya siyasətində və iqtisadiyyatında kifayət qədər böyük fiqur olan Vahid Ələkbərov bununla nüfuzunu da günbəgün artırır.

“Lukoyl”un yaydığı bəyanatda deyilir ki, Ələkbərov şirkətin təxminən 100 milyon rubl dəyərində səhmini alıb. Eyni dəyərdə səhmə onun həyat yoldaşı sahib olub. Beləliklə, Ələkbərovların “Lukoyl”dakı payı 22% təşkil edir. Sonrakı ən böyük səhmdarlar da elə Ələkbərovun komandasında olan rəhbərlik üzvləridir. 

Bundan başqa, Vahid Ələkbərovun sahib olduğu başqa şirkətlər də “Lukoyl”da səhm almağa başlayıblar. Müşahidəçilər bunu Ələkbərovun ehtiyat tədbiri kimi qiymətləndirirlər. Çünki Putinlə son vaxtlar isti münasibətləri olsa da, hakimiyyətdəki bəzi şəxslərin Azərbaycan əsilli müstəqil biznesmeni sevmədiyi bəllidir. Rusiya mətbuatının yazdığına görə, bu xüsusilə “Rosneft”in prezidenti İqor Seçinə aiddir. "Rosneftin" də Xəzərin Azərbaycan sektoruna, xüsusilə, Şahdəniz-2 layihəsinə maraq göstərdiyi, amma sonda “Lukoyl”un seçildiyi bildirilir. Vahid Ələkbərovun şirkəti hazırda Şahdəniz-2 layihəsində 10% paya malikdir. Bundan başqa, “Qazprom”la sıxılmış qaz ixracı məsələsində maraqların toqquşması da “Lukoyl”u narahat edir. Çünki Rusiya hökuməti sıxılmış mavi yanacağın yalnız “Qazprom” tərəfindən ixracına icazə verir. Hətta Vahid Ələkbərov bir neçə dəfə bununla bağlı qanunvericiliyin dəyişdirilməsini təklif edib. 

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et