Üzvi şəbəkə - texnologiya təbiət qanunlarından öyrənir | Banco.az

Üzvi şəbəkə - texnologiya təbiət qanunlarından öyrənir

Müəssisələrin daxilindəki şəbəkələr yaradılarkən tamamilə sadə struktura malik olurlar, lakin vaxt keçdikcə onlar ölçüsü, əhatə dairəsi və ümumi mürəkkəbliyi baxımından inkişaf edirlər. Bu bir həqiqətdir ki, günümüzdə ən böyük şəbəkə və proqram infranstrukturları olduqca mürəkkəb formadadır və dünyanın hər yerinə yayılmışdır, bu da ənəvi üsullardan istifadə edən informasiya texnologiyaları (İT) komandası üçün problemlərin kökünü tapmaq və həlletmək baxımından daha çətin olur. Kəsintilər ən gözlənilməz anlarda baş verdikdə biznes sahiblərinin planları alt-üst olur və bu halda İT komandası əsas səbəbi müəyyənləşdirmək və yenidən belə halların yaranmasının qarşısını almaq üçün çalışırlar. Buna baxmayaraq ,həmin hallar yenidən yaşanır. Bu sanki özünü yenidən təkrar etməsi üçün proqramlaşdırılmış və sonu olmayan bir sistemi xatırladır.

Bu reaktiv və təkrarlanan sistemi pozacaq bir yol olmalıdır. Texnologiya, dayanıqlı sistemi təqlid edərək ondan yeniliklər öyrənsə necə olar? Biz kəsilmələrə qarşı infranstrukturu gücləndirsək nə baş verər? Unutmayaq ki, hələ də ilkin kəsilmələrin yaratdığı problemləri həll etməyə çalışırıq, lakin gələcəkdə buna zamanımız olmaya bilər. Bəs biz daha dayanıqlı işləyən bir sistem yarada bilərikmi?

Əslində ana təbiət belə bir sistem yaratmışdır – biz. Insan orqanizmi olduqca dayanıqlı yaradılmışdır. Texnologiya dünyasında bizim təbiət aləmindən və oradakı nümunələrdən öyrənmə şansımız vardır.  

Məsələn, 25 il əvvəl, Amerika Birləşmiş Ştatlarında dörd milyon insan suçiçəyi xəstəliyinə yoluxdu. Onlardan 18.000-ə qədəri xəstəxanalara yerləşdirilsə də hər il xüsusən məktəbəqədər yaşlı uşaqların əksəriyyət təşkil etdiyi 150 nəfər dünyasını dəyişdi. Xəstəliyə qarşı peyvənd kəşf edildi və nəticədə bugün suçiçəyi bəlası aradan qaldırılmışdır. Sadə bir iynə ilə bizim immun sistemimiz gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını alır. Bəs bu halda yaratdığımız infranstruktur niyə müvəffəqiyyətli olmasın?

Ən sərfəli kredit üçün müraciət et

İnsan orqanizmi bizə dayanıqlılıq və güclülük baxımından çox şey öyrədir. Orqanizmimiz hadisələrə dərhal reaksiya vermə bacarığına malikdir. Biz gözlənilməz təhlükə ilə qarşılaşdıqda, məsələn, qarşıdan gələn maşının bizə doğru sürətlə hərəkət etdiyini gördükdə dərhal bizim simpatik sinir sistemimizə siqnallar gedir. Gözlərimiz və qulaqlarımız amiqdala adlanan  beyində yerləşən və duyğuları idarə edən nahiyəyə məlumat ötürür və bizim mübarizə və reaksiya mexanizmimiz işə düşür.

Üzvi şəbəkənin məzmunu da eynidir. Biz problemləri müəyyən edib qarşısını almada insan orqanizminin imkanlarını özündə əks etdirən bir şəbəkə yaratmaq imkanına sahibik. Biz yaxın gələcəkdə dayanıqlı şəbəkə - yaranmış problemləri özü həll edən, yeni problemlərin yaranmadan qarşısını ala bilən və ən vacib proqramları qoruyub saxlayan infranstruktura malik üzvi şəbəkə yarada biləcəyik. Bu proqram tərəfindən müəyyən edilən şəbəkə (SD- WAN) sisteminin həyata keçirmək istədiyi yenilikdir.

Bu sistem özünü virusların sistemi ələ keçirməsindən qoruya biləcək. Əgər ciddi bir problem yaranarsa, sistem operatorlara gələcəkdə bənzər halların baş verməsinin qarşısını alan vaksin yaratmaq imkanı verəcək.

Tamara Mustafayeva, banco.az