UTrader platformasından bir ilk | Banco.az

UTrader platformasından bir ilk

Azərbaycanda ilk dəfə olaraq, "Unicapital İnvestisiya Şirkəti" ASC tərəfindən təqdim edilən elektron investisiya xidmətlərinə bir çox xarici maliyyə bazarları ilə yanaşı Azərbaycan kapital bazarı da əlavə edilmişdir. Belə ki, "Unicapital"ın müştəriləri "UTrader" treydinq platforması üzərindən qlobal fond birjaları ilə yanaşı Bakı Fond Birjasında da seçilmiş alətlər üzrə ticarət əməliyyatları icra edə bilərlər.

Hal-hazırda "UTrader" platformasında şirkətin Bakı Fond Birjasında listinqdən keçmiş istiqrazlarla ticarət imkanı mövcuddur. Gələcəkdə yerli kapital bazarlarının texniki imkanlarından asılı olaraq yeni alətlərin əlavə edilməsi nəzərdə tutulmuşdur.

"Unicapital İnvestisiya Şirkəti" müştəriləri üçün sərfəli olan bazar şərtlərini formalaşdırmaq, maliyyə bazarını əlçatan etmək, müxtəlif alətlər üzrə ticarəti bir araya gətirmək, eyni zamanda, treyderlərin gözləntilərini ön plana çəkmək mövcud strategiyanın önəmli tərkib hissəsidir. Şirkətin hədəfi həmçinin, xidmətlərin geniş investor icmasına əlçatan texnologiyalar üzərindən təqdim edilməsi ilə, yerli və xarici bazarlar üzərindən maliyyə inklyuzivliyin təmin edilməsidir.

"UTrader" platforması "Unicapital" müştərilərini ani olaraq maliyyə bazarlarına bağlayaraq, 13 000-dən artıq maliyyə aləti təqdim edir.

Platformada Səhmlər, İstiqrazlar, həmçinin CFD üzərindən Kripto, Qlobal valyutalar və Əmtəələr üzrə əməliyyatlar icra etmək imkanı mövcuddur. Bütün bu hədsiz ticarət imkanlarından doğma dilimizdə yararlana bilərsiniz - "UTrader" platforması azərbaycan və inglis dillərində istifadə oluna bilər.

Ən sərfəli kredit üçün müraciət et

Platformanı unikal edən həmçinin burada təqdim edilən qiymətlərin qlobal bazarlardan birbaşa olaraq əldə edilərək real vaxt rejimində müştərilərə təqdim edilməsi və ticarət olunan bir çox şirkətlər üzrə güclü məlumat/xəbər bazasına malik olmasıdır. Bütün bunlar müştərilərə çevik və düzgün investisiya qərarları qəbul etməyə köməklik göstərir.

Təqdim edilən bir çox xidmətlər ödənişsiz və ya yerli bazarda mövcud olan minimal hədlər çərçivəsində təqdim edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et