Müəllif: Tamara Mustafayeva, Banco.az
Ursula Fon der Leyen daha bir müddətə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri olub.
Banco.az xəbər verir ki, AP-nin ən böyük qrupu olan Avropa Xalq Partiyası (APP) tərəfindən namizədliyi irəli sürülən və 6-9 iyun tarixlərində keçirilən seçkilərdən sonra Aİ liderləri tərəfindən AP-yə tövsiyə edilən Fon der Leyen Baş Assambleyada etimad səsi alıb.
Bağlı zərfdə keçirilən səsvermədə deputatlardan 401-i “lehinə”, 284-ü “əleyhinə”, 15-i isə bitərəf səs verib.
Fon der Leyen bununla da 2019-cu ildən tutduğu Aİ Komissiyasının sədri vəzifəsini daha 5 il davam etdirmək hüququ qazanıb.
Qeyd edək ki, ikinci dəfə Aİ Komissiyasının sədri təyin olunan Ursula Fon der Leyen 1958-ci il oktyabrın 8-də Belçikada anadan olub.
Bizi sosial şəbəkələrdən izləyin!!