Müəllif - Aida İsaq, Banco.az
Uqandada ilk dəfə olaraq neft qurğusu işə salınıb.
Banco.az xəbər verir ki, hasilat ölkənin Qərb regionunda, Hoima və Kikuube rayonlarında "Kingfisher" neft yatağında başlayıb. Bu yatağın istifadəyə verilməsi ölkə iqtisadiyyatını inkişaf etdirməyə imkan verəcək. Ölkənin energetika və mineral ehtiyatlar nazirliyi Kingfisher yatağının Albert gölünün cənubunda yerləşdiyini bildirib.
Qeyd edək ki, Avstraliyanın “Hardman Resources” şirkəti bir neçə il əvvəl Albert gölü ərazisində neft ehtiyatlarının olması barəsində məlumat vermişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!