Dünyanın bir çox universiteti artıq rəqəmsal dövrdən xəbərdar durumdadır. “Blockchain və paylanmış dəftər texnologiyası” sahəsində tələbələrə yeni dərslər açaraq rəqəmsal maliyyə texnologiyaları vaqonuna qoşulurlar.
Şəxsi təşəbbüslərdən əlavə olaraq, korporativ şirkətlərdən gələn tələblər nəticəsində universitetlər yüksək lisenziya səviyyəsində daha çox rəqəmsal valyuta dərsləri verəcək. Pensilvaniyadakı Varton Universitetinin professoru Kevin Verbax “Blockchain, Kriptovalyuta və paylanmış dəftər texnologiyaları” adlı fənn tədris edəcək.
Verbax açıqlamasında bunları deyib:
“Bu sahədə bəzi şeyləri öyrətmək üçün böyük kütlənin olduğu dönəmdəyik. Bu yeni texnologiyanın və kriptovalyutaların gələcəkdə biznes dünyasında yeni bir sahə olacağını söyləyə bilərik. 5 il sonra böyük universitetlərin hamısı bu sektorla bağlı dərslər keçəcəklər”.
“Standford Bussines School” may ayından etibarən “Kriptovalyuta” adlı kurs açmağa hazırlaşır. Universitetin ikinci sinif şagirdi İtamar Orr bu yeniliyin dərs bitdikdən sonra işləmək üçün olduqca faydalı olacağını söyləyib:
“Bir çox işimiz üçün gələcəkdə Blockchain haqqında danışmaq məcburiyyətindəyik. İndidən bununla bağlı məlumata sahib olmaq çox müsbətdir. Bu fəaliyyət bizə həyatımızda böyük uğurlar gətirəcək”.
“Pitchbook”-a görə, Blockchain təşəbbüslərinə qoyulan investisiyalar 2016-cı illə müqayisədə 2017-ci ildə 88% artaraq 911 milyon dollara çatıb. Şirkətlərin əksəriyyəti hazırda Blockchain və kriptovalyutalar haqda məlumatı olan işçilər axtarır.
Ripple idarə heyətinin üzvü, Standford Universitetinin professoru Syuzan Ethi 2017-ci ildə Bitcoin-dəki yüksəlişin gənclərin bu sahəyə marağının artmasına səbəb olacağını bildirib.
Qiymətlərin bu dərəcədə dəyişkən olması kəsə təsir etdi. Bəziləri varlandı, digərləri maliyyə itirdi.
Corctaun Universitetinin professoru və “Nasdaq”-ın keçmiş rəhbəri Con Yakobs “Wall Street”-dəki işəgötürənlərin meyarlarına “yaxşı dərəcədə kriptovalyuta məlumatı” kriteriyasının əlavə olunmasının vacibliyini vurğulayıb. Blockchain texnologiyasının həyatımıza həyatımıza necə tətbiq ediləcəyini bilən şəxslərə ehtiyac var.
Milyarder iş adamları Bitcoin-i işə yaramaz olaraq dəyərləndirsə də, Yakobs universitetlərin bu mövzudakı cəhdlərinin şagirdləri gələcəyə hazırlayacağını ifadə edib.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.