«Unicapital» investisiya şirkətinin növbəti qalibiyyəti! | Banco.az

«Unicapital» investisiya şirkətinin növbəti qalibiyyəti!

2021-ci ildə «Unicapital» investisiya şirkəti yeni uğura imza atıb. Belə ki, şirkət Böyük Britaniyanın premium biznes və maliyyə dərgisi olan «International Finance»ın araşdırmasına əsasən, iki nominasiya üzrə qalib seçilib.

«International Finance Awards» maliyyə, kapital bazarları sahəsində rəqəmsal həllərin və onlayn xidmətlərin inkişafına töhfə verən təşkilatlara mükafat təqdim edir. Beləliklə, «Unicapital İnvestisiya Şirkəti» ASC «Azərbaycanda Ən İnnovativ İnvestisiya Şirkəti - 2021» və «Azərbaycanın Ən Yaxşı Foreks Provayderi - 2021» mükafatlarına layiq görülüb.

Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib:

- Şirkətin bazardakı payı;
- Müştərilərinə yeni maliyyə bazarlarına çıxışın təmin edilməsi;
- İnvestisiya bazarında təqdim olunan innovativ məhsul və həllər;
- Şirkətin maliyyə göstəriciləri və inkişaf perspektivi;
- Foreks xidmətinin təşkil edilməsi və xidmət üzrə müştəri məmnuniyyəti.

Şirkətin "UForex" xidməti ötən il ərzində 24/5 (qeyri-iş saatlarında) sürətli və komissiyasız mədaxil, 1:100 nisbətinədək kredit çiyni imkanı və "Smart Stop out" funksiyasını tətbiq edib. Beləliklə, xidmət rebrendinq prosesini tamamlayıb, bütün yeniliklərin əks olunduğu "www.uforex.az" saytını təqdim edir.

«Unicapital» 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. «Unicapital İnvestisiya Şirkəti»nin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, «Unicapital» Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlara, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.

Həmçinin, aldığımız məlumata əsasən, şirkət yaxın zamanda dünyanın bir çox maliyyə bazarlarına çıxış təmin edən multialət platformasını təqdim edəcək. Beləliklə, "Unicapital"ın davam etdirdiyi strategiyası müştərilərinə daha geniş investisiya xidmətləri təqdim etmək, innovativ yanaşması ilə investisiya sahəsini hər kəs üçün əlçatan etməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et