“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub | Banco.az

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub

“Unibank KB” ASC-nin törəmə şirkəti  olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub. Belə ki, Tahir Qəribov “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının sədri təyin edilib. İndiyədək İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri olan Faiq Hüseynov isə iş yükünün çoxluğu ilə əlaqədar olaraq, bundan sonra “Unicapital” MŞ-nın üzvü kimi fəaliyyətini davam etdirəcək.

Müşahidə Şurasının digər üzvü olan Heybət Qədirov da öz istəyi ilə üzvlükdən azad edilib.

Hazırda “Unicapital İ.Ş” ASC-nin Müşahidə Şurasının tərkibi aşağıdakı şəxslərdən təşkil olunub:

Tahir Qəribov- Müşahidə Şurasının sədri

Faiq Hüseynov- Müşahidə Şurasının üzvü

Emin Rəsulzadə - Müşahidə Şurasının üzvü

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin hazırkı Baş Direktoru Vüqar Namazovdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et