Müəllif: Gülnar Əhmədli, Banco.az
"Unibank" 2025-ci ildə 25 milyon 781 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 5 milyon 381 min manat və ya 26,4% çoxdur.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il Bankın aktivləri 2024-cü illə müqayisədə 373 milyon 192 min manat (21,2%) artaraq 2 milyard 132 milyon 917 min manata çatıb. 2024-cü ilin sonunda "Unibank"ın aktivləri 1 milyard 759 milyon 725 min manat olub.
Ötən il bankın kredit portfeli artaraq 1 milyard 304 milyon 631 min manata yüksəlib. Bu isə 2024-cü ilin sonu ilə müqayisədə 150 milyon 108 min manat (13%) artım deməkdir.
Bankın depozit portfelinin həcmi isə 173 milyon 277 min manat və ya 14,4% artaraq 1 milyard 377 milyon 937 min manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
