Unibank rəqəmlərdə - son 5 il | Banco.az

Unibank rəqəmlərdə - son 5 il

Unibank 2014-cü ilə dair maliyyə nəticələrini açıqladı:

 Dekabrın 16-da baş tutan "İlin Bankı -2014" cü il mərasimində Unibankın CEO-su Cəlal Qasımov banka dair bəzi rəqəmləri mediaya açıqladı.

O, bakın filial sayının artaraq 38-ə çatdıını bildirdi. Həmçinin aktivlərin həcmi 17% artıb

"Dollarla ifadə etdikdə, artıq 1 milyard dolları üstələyib, manatla 856, 536 min manat olmuşdur" - Cəlal müəllim bildirib: 

Proporsional olaraq, bizim kredit portfelimiz də artıb və biz inanırıq ki, gələn ilin birinci rübünə qədər bizim kredit portfelimiz bir milyard dolları üstələyəcək.

Burada isə bizim müştərilərmizin sayını görə bilərsiniz. 2012-ci ildən etibarən biz kütləvi pərakəndə bankçılıq istiqamətini seçəndən bəri bizim müştərilərimizin sayı dəfələrlə artdı. Son illər ərzində müştərilərin sayı 3 dəfə artıb.  Bu bizim üçün çox vacib göstəricidir, deyərdim ki, aktiv və ya filiallardan da daha əhəmiyyətlidir.

.

Kredit kartlarına gəldikdə isə Siz 2013-cü ildə böyük bir sıçrayış görə bilərsiniz. 2014-cü ildə də artım davam edir. Bu ilk növbədə bizim ALBALI PLUS məhsulumuz ilə bağlıdır. Biz həmin məhsulu Sizə bu ilin əvvəlində təqdim etmişik, ona qədər isə məhsulun adı sadəcə Albalı kart idi .

Ən sərfəli kredit üçün müraciət et

Toxunmaq istədiyimiz digər vacib məsələsi isə, bu gün Azərbaycan üçün də çox əhəmiyyətli olduğuna inandığımız, bizim Azərbaycan biznesinin inkişafına verdiyimiz töhfə, etdiyimiz yatırımlardır.  Kiçik və orta biznesə verilən biznes kreditlərindən söhbət gedir.

Unibank əgər ötən il biznes kreditlərinə 133,1 milyon  manat vəsait ayırmışdısa, bu il həmin rəqəm artıq 208 milyon manatdır və biz inanırıq ki, ilin tam sonuna qədər bu rəqəm bir az da artacaq, tam ikiqat olmasa belə 87-88% artım olacaq.

Pərəkandə kreditləşmədə biz öz qarşımıza qoyduğumuz məqsədlərə nail olduq, indi istərdik ki, eyni uğuru biznes kreditləşməsində də təkrarlayaq.

Bizim üçün ən vacib olan məqamlardan biri də etdiklərimizin nəticəsi olaraq brendin tanınmasıdır.

Bu il biz GFK kompaniyasına sorğu sifariş etmişdik, bu kampaniya sorğuların keçirilməsi və analizi üzrə ABŞ-ın ən məşhur şirkətlərindən biridir. Biz onlarla müqavilə bağladıq və nəticə bizi çox sevindirdi. Sözün düzünə qalsa, bu mənim üçün də böyük bir sürpriz idi. Mən düşünmürdüm ki, belə qısa bir müddətdə biz nömrə 1 bank ola bilərik. Amma, brendin tanınması baxımından Unibank bütün digər bankları geridə qoyaraq, 1-ci olmuşdur.