Unibank ilk biznes filialını açdı | Banco.az

Unibank ilk biznes filialını açdı

Ötən gün Xaçmaz filialının açılışı olduqdan sonra, bu gün Unibank öz müştərilərinin xidmətinə daha bir filialını təqdim etdi- bu Qara Qarayev metro stansiyası yaxınlığında yerləşən Biznes filialı idi.

Bununla da Unibank’ın cəmi xidmət şəbəkəsinin həcmi baş ofis də daxil olmaqla 38-ə çatdı.

Lakin Qara Qarayev filialı digərlərindən fərqli olacaq. Bu fərqlilik haqqında isə bizə yeni açılmış filialın müdiri olacaq Fuad İbrahimov məlumat verdi:

“Qara Qarayev filialı bizim ilk biznes filialımızdır , bu filial  kiçik və orta sahibkarlar, həmçinin bizneslə məşğul olan müştərilərə xidmət üzrə ixtisaslaşmışdır. Filialın məhz bu seqment üzrə ixtisaslaşması biznes müştərilərimizə daha keyfiyyətli və səmərəli xidmət göstərmək, onlara istiqamətlənmiş bank məsulları təqdim etmək imkanı verəcəkdir. Filialın özü də aktiv biznes mühitində yerləşir. Bununla yanaşı, regionlarda da sırf biznes sahəsi üzrə ixtisaslaşacaq iri filialların açılması gözlənilir. Filial həftənin  6 günü, səhər saat 09:00-dan axşam saat 17:00-a qədər müştərilərin xidmətində olacaq”.

  • Filialın biznes üzrə ixtisaslaşması Unibank’ın biznes kreditləri sahəsinə genişlənməsi istəyindən irəli gəlir ya necə?

Sualınıza cavab olaraq, onu deyə bilərəm ki, Unibank həmişə universal bank olub, biz həmişə korporativ sektorda olmuşuq və son illərdə pərakəndə sektorda genişlənmişik. Lakin buna baxmayaraq, biz həmişə həm istehlak, həm də biznes kreditləri vermişik. Məqsədimiz biznes müştərilərinin daha keyfiyyətli xidmət almasıdır, biz onlara daha səmərəli xidmət göstərmək istəyirik.

İlin sonuna qədər bir neçə yeni filialların da açılışı planlaşdırılır, amma onların sayı və hansı tarixdə açılması ilə bağlı dəqiq bir məlumat deyə bilməcəyəm. Bizim filialda isə əməliyyatçılar və kredit mütəxəssisləri ilə birlikdə 10 nəfərə yaxın əməkdaş fəaliyyət göstərəcək. 

  • Maraqlıdır, Siz bu vəzifəyə təyin olunana qədər də Unibank-da çalışırdınız?

Mən yeddi il altı aydır ki, bank sektorunda çalışıram və bu stajımın hamısını Unibankda qazanmışam. Öncə kiçik və orta sahibkarlıq sahəsinə verilən kreditlər üzrə çalışmışam, daha sonra korporativ müştərilərin kreditləşməsi şöbəsində birinci dərəcəli mütəxəssis olaraq fəaliyyət göstərmişəm,sonra isə Korporativ kreditlər üzrə mütəxəssislərin Qrup rəhbəri kimi çalışmışam və bu yaxınlarda attestasiyadan keçdikdən sonra bu vəzifəyə təyinat almışam və bu gündən etibarən səlahiyyətlərimin icrasına başlayıram.

Ən sərfəli kredit üçün müraciət et

  • Neçə ildir bu sektorda çalışan bir insan kimi bank sahəsində çalışmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

“Unibank’da çalışan və burda çalışmaq arzusunda olan gənclərə onu deyə bilərəm ki, bizim bank maliyyə institutu kimi fəaliyyət göstərir, təcrübəli peşəkar kadr kimi yetişmək üçün burda hər bir şərait vardır. Unibank ailəsinin bir üzvü olaraq mən çox qürur duyuram və burda çalışmağımdan çox məmnunam. Gənclərə də tövsiyə edərdim ki, öz gələcək planlarını Unibank’la gerçəkləşdirsinlər.”

  • Təşəkkür edirəm və işlərinizdə uğurlar.

Filialın özünə gəldikdə zövqlə tərtib olunmuş dizayn və nəfis tərtibat diqqətimizi çəkdi, ənənəvi olaraq narıncı rəngin çalarlarından deyil, tünd albalı rəngindən istifadə olunmuşdu. Düşünürük ki, gənc biznesmenlər bu mühitdə işgüzar söhbətlər aparmaqdan çox məmnun qalacaq və öz işlərini

genişləndirmək  üçün lazımi maliyyəni tapa biləcəklər.

Bu binada çoxlu xeyirli sövdələrin təməlinin qoyulması ümidi ilə...

Könül Soltanova, [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et