Unibank-da fiziki şəxslərin depozitləri cüzi artıb | Banco.az

Unibank-da fiziki şəxslərin depozitləri cüzi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Unibank-ın depozit portfeli 31 mart 2026-ci il tarixinə 1 milyard 378 milyon 499 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 562 min manat və ya 0,04% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 1 milyard 98 milyon 683 min manat, hüquqi şəxslərin depozitləri isə 279 milyon 816 min manat təşkil edib. 

Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 9 milyon 616 min manat (0,9%) artıb.

2025-ci ilin 31 dekabr tarixində bankda depozitlərin məbləği müvafiq olaraq 1 milyard 89 milyon 67 min manat və 288 milyon 870 min manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram