Unibank bayram günləri müştərilərinə necə xidmət edəcək? | Banco.az

Unibank bayram günləri müştərilərinə necə xidmət edəcək?

Unibank xalqımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü  və Yeni il münasibəti ilə təbrik edir, sağlıqlı və bərəkətli bir il arzulayır.

Bayram günlərində Unibank filialları işləməsə də, müştərilər kredit ödənişlərini və debet kartlara mədaxili asanlıqla həyata keçirə biləcəklər.

Kredit ödənişləri:

  • Müştərilər kreditlərini Unibank, Milli Ön, E-Manat ödəniş terminallarında - nağd, Unibank mobil tətbiqində, unibank.az, e-pul.az, hesab.az saytlarından isə onlayn ödəyə bilərlər.

Debet kartlara mədaxil:

  • Bayram günlərində Unibank, E-Manat və Milli Ön ödəniş terminallarında debet kartlara mədaxil edilməsi onlayn qaydada işləyəcək.
  • Vəsaitin Unitransfer - cash in ilə göndərilib ATM ilə alınması aktiv olacaq.

Ödəniş vaxtı qeyri - iş günlərinə təsadüf edən kreditlərdə:

Ən sərfəli kredit üçün müraciət et

  • Son ödəniş günü 31.12.2019 - 06.01.2020 tarixlərində olan kreditlər ən geci  07.01.2020 tarixinə kimi (7–si daxil olmaqla) istənilən gün ödənilə bilər
  • AİF İpoteka kreditlərində son ödəniş günü 01.01.2020 - 05.01.2020 tarixlərində olan kreditlər ən geci  07.01.2020 tarixinə kimi (7-si daxil olmaqla) istənilən gün ödənilə bilər

Unibank Mobile isə hər zaman olduğu kimi 24/7 müştərilərin xidmətində olacaq. “Unibank”ın  mobil əlavəsi ilə bayram günlərində də  kreditinizi, kommunal və hökumət ödənişlərinizi edə,  “Zolotaya Korona”, “Contact” pulköçürmə sistemi ilə köçürmələrinizi həyata keçirə, kartlarınız və hesablarınız arasında əməliyyat apara bilərsiniz.

Unibank- hər kəsin bankı!

Ən sərfəli krediti almaq üçün müraciət et