“Unibank” ASC 2016-cı ilin 3-cü rübünə olan “Mənfəət və zərər hesabatı”nı açıqlayıb.
Sözügedən dövrdə bankın faiz gəlirləri 96 mln. 817 min manat, faiz xərcləri isə 36 mln. 396 min manat olub.
“Unibank” ASC-nin cari ilin 30 sentyabrına xalis faiz gəlirləri 60 mln. 421 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 20 mln. 437 min manat, qeyri-faiz xərcləri 34 mln. 997 min manat olub. Həmin dövrə Xalis əməliyyat mənfəəti 45 mln. 861 min manat həcmində olub.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 74 mln. 273 min manat olub.
Hesabatda əks olunan nəticələrə əsasən, bank 3-cü rübü 28 mln. manat zərərlə başa vurub.
Qeyd edək ki, bankın zərəri 2016-cı ilin 2-ci rübündə 34 mln. manat idi. Bu isə 3-cü rübdə zərərin azalması deməkdir.
Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranmışdır.
Həmçinin bax: "Unibank" maliyyə göstəricilərini açıqladı