"Unibank" maliyyə göstəricilərini açıqladı | Banco.az

"Unibank" maliyyə göstəricilərini açıqladı

“Unibank”ın 30 iyun 2016-cı il tarixinə maliyyə nəticələri məlum olub. Bank, bu göstəriciləri rəsmi saytında yayımlayıb.

Banco.az bankın rəsmi maliyyə məlumatlarına əsasən xəbər verir ki, 2016-cı ilin birinci yarımilliyində bankın aktivləri 784 milyon 212 min manat olub.

Bankın "balans hesabatı"na əsasən sözügedən dövrdə müştərilərə verilən  kreditlər və lizinqlər 465 milyon 243 min manat, banklara verilən xalis kreditlər isə 5 milyon 388 min manat həcmində qeydə alınıb. Bankın cəmi aktivlərinin  16 milyon 63 min manatını banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Cari dövrdə bankın depozit portfeli 390 milyon 598 min manat həcmində olub. Bankların və digər maliyyə müəssisələrinin depozitləri isə 21 milyon 720 min manat təşkil edib.

Bütövlükdə bankın öhdəlikləri 720 milyon 471min manat olub.

30  iyun 2016-cı il tarixinə Unibank ASC-nin kapitalı 63 milyon 742 min manat həcmində qeydə alınıb.

Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının -  MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranmışdır və hazırda Azərbaycanın ən qabaqcıl banklarından biridir.

Ən sərfəli krediti almaq üçün müraciət et