Unibank ağacəkmə aksiyasında iştirak edib | Banco.az

Unibank ağacəkmə aksiyasında iştirak edib

Unibank Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan növbəti ağacəkmə kampaniyasına qoşulub. Bank rəhbərliyi və əməkdaşlar bu gün Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə tədbirində iştirak edib. Ölkə bank sektorunun nümayəndələri tərəfindən ümumilikdə 1 hektar ərazidə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u imzalanıb.

Memorandumun məqsədi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 10 il ərzində ümumilikdə bir milyon ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir. Memorandum tərəfdaşlarının iştirakı ilə 2022-2024-cü illər ərzində həm Abşeron rayonu, həm də Naxçıvan MR-da ağacların əkilməsi və ərazidə suvarma sisteminin qurulması təmin edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram